Dünyada silah sayının insan sayından çox olduğu yeganə ölkə - ABŞ

Dünyada silah sayının insan sayından çox olduğu yeganə ölkə - ABŞ

İsveçrədə silah hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının hazırladığı hesabata görə, Amerika Birləşmiş Ştatları dünyada silah sayının insan sayından çox olduğu yeganə ölkədir.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, İsveçrənin “Kiçik Silahlar Araşdırması” adlı qeyri-kommersiya təşkilatının araşdırmasında bildirilib ki, "ABŞ dünyada hər il ən azı bir kütləvi atışmanın baş verdiyi yeganə ölkədir".

Hesabatda göstərilir ki, hər 100 amerikalıya 120,5 odlu silah düşür.

Bu, ötən çərşənbə axşamı ABŞ-ın Texas ştatında baş verən kütləvi atışma ilə eyni vaxtda açıqlanan şok edici statistikadır.

Araşdırmalara görə, Folkland adaları 100 nəfərə təxminən 62 silahla ABŞ-dan sonra ikinci, müharibə şəraitində olan Yəmən isə 100 nəfərə 53 silahla üçüncü yerdədir.

Agentliyin məlumatına görə, amerikalılar mülki şəxslərə məxsus 857 milyon silahın 393 milyonuna və ya qlobal mülki silah ehtiyatının 46 faizinə sahibdirlər.

Qeyd edək ki, ABŞ dünyada vətəndaşlarının konstitusiyaya görə silah daşımaq hüququna malik olduğu üç ölkədən biridir.

Xəbəri paylaş

VİDEOLAR