Dünyada COVİD 19-la bağlı son vəziyyət

Dünyada COVİD 19-la bağlı son vəziyyət

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 400 mini keçdi

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 400 mini, infeksiyaya yoluxanların sayı 111  milyon 100  mini, virusdan müalicә olunaraq sağalanların sayı da 86  milyonu  keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında koronavirusdan ölәnlәrin sayı gün әrzindә  1070  artaraq 506  min 379  nәfәrә, infeksiyaya yoluxanların sayı da 28  milyon 562 min 716  nәfәrә yüksәlib.

İngiltәrәdә epidemiyadan vәfat edәnlәrin sayı gün әrzindә 533  artaraq 119 min 920-yә, infeksiyaya yoluxanların sayı da 12  min 27  artaraq  4 milyon 95 min 269-a  çatıb.Ölkәdә vaksinasiya prosesinin müvәffәqiyyәtlә davam etdirildiyi bildirilib.

İtaliyada epidemiyadan ölәnlәrin sayı gün әrzindә 348   artaraq  95  min 235  nәfәrә,  virusa yoluxanların sayı da 15 min 479   artaraq 2 milyon 780  min 882  nәfәrә   yüksәlib. Ölkәdә vaksinasiya prosesi dekabrın 27-dә başlamışdı.

İspaniyada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 397 artaraq 67 min 101-ә, infeksiyaya yoluxanların sayı da 11  min 435  artaraq 3 milyon 133  min 122-yә yüksәlib.

Şәrq ölkәlәrindә isә vәziyyәt belәdir:

Hindistanda epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı gün әrzindә 144  artaraq  156  min 237-yә,  infeksiyaya yoluxanların sayı da 14  min 199 artaraq 10 milyon 976  min 388-ә  çatıb.

Xəbəri paylaş

VİDEOLAR