Dünyada 40 milyondan çox qul var - BMT

Dünyada 40 milyondan çox qul var - BMT

Bu barədə BMT Baş katibi Antoniu Quterreş məlumat verib.

Rasthaber Azərbaycan Russia Today-a istinadən xəbər verir ki, dünyada 40 milyondan çox insan quldarlığın müasir formalarına məruz qalır.

Bu barədə BMT Baş katibi Antoniu Quterreş məlumat verib.

“Bu gün dünyada 40 milyondan çox insan müasir köləliyin qurbanıdır. Qadınlar və qızlar bu rəqəmin 71%-ni təşkil edir”, – deyə qeyd edilib.

Müasir dünyada quldarlıq özünü məcburi əmək, o cümlədən də uşaq əməyi, ev əsarəti, istismar məqsədi ilə insan ticarəti, məcburi evliliklər, silahlı münaqişələrə uşaqların məcburi cəlb edilməsi, həmçinin borc asılılığı şəklində göstərir.

Köləliyə ən çox cəmiyyətin yoxsul və marjinallaşmış üzvləri, irqi və etnik azlıqlar, həmçinin yerli xalqların nümayəndələri və miqrantlar məruz qalır.

BMT Baş katibi insan haqlarını pozan bu halın kökünü kəsmək üçün səyləri birləşdirməyə dair çağırış edib.

Xəbəri paylaş

VİDEOLAR