Dünya Müsəlman Alimlər Birliyi: Moskvada törədilən terrorun İslam dini ilə əlaqəsi yoxdur!

Dünya Müsəlman Alimlər Birliyi: Moskvada törədilən terrorun İslam dini ilə əlaqəsi yoxdur!

Dünya Müsəlman Alimləri Birliyi Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyib və hücumun İslam dini ilə heç bir əlaqəsi olmadığını bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Qaradaği rəsmi internet səhifəsində verdiyi açıqlamada Moskvada törədilmiş hücumu şiddətlə qınadıqlarını bildirib.
Qaradaği deyib: "Bu terror əməliyyatının İslamla heç bir əlaqəsi yoxdur. İslamı təmsil etdiklərini iddia etsələr də, İslamdan çox regional və beynəlxalq kəşfiyyat casuslarını təmsil edirlər".
Hücumun İsrailin Qəzzaya hücumlarını intensivləşdirdiyi bir dövrə təsadüf etdiyinə diqqət çəkən Qaradaği Moskvadakı hücumun sionistlərin Qəzzada törətdikləri cinayətləri nəzərdən qaçırmaq və diqqəti başqa yerə yönəltmək məqsədi daşıdığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR