Dünya Müsəlman Alimlər Birliyi: İsrail ilə normallaşma İslama, Peyğəmbərə və Allaha xəyanətdir

Dünya Müsəlman Alimlər Birliyi: İsrail ilə normallaşma İslama, Peyğəmbərə və Allaha xəyanətdir

Əli Muhyiddin əl Karadaği İsrail ilə bir arada yaşamağa çağıran Əqsa məscidinin Səudiyyəli xətibi də tənqid edib

Rasthaber Azərbaycan xəbər verir ki, Sünni Dünyasının ən böyük İslami təşkilatı olan - "Dünya Müsəlman Alimlər Birliyinin" baş katibinin köməkçisi Əli Muhyiddin əl Karadaği, İsrailli işğalçılarla əlaqələrin normallaşmasının fərqli ölkələrdəki on minlərlə alimin fikir birliyinə əsasən Allaha, Peyğəmbərə və dinə böyük bir xəyanət olduğunu vurğulayıb.

Sionist rejimlə əlaqələrin normallaşdırılmasına qarşı olduğunu bildirən Karadaği mətbuat konfransında Vaşinqtonda əlaqələrini normallaşdıran tərəflərin öz millətlərini təmsil etmədiyini. Ərəb və İslami torpaqlardan tamamən uzaq olduğunu və bunun ən böyük səbəbininABŞ prezidenti Donald Trampın əmrilə hərəkət edildiyini bildirib.

Əli Muhyiddin əl Karadaği İsrail ilə bir arada yaşamağa çağıran Əqsa məscidinin Səudiyyəli xətibi Şeyx Əbdürrəhman Əl-Sadisin açıqlamalarına isə belə münasibət bildirib: “Əl Sadisin Fələstin torpaqlarını və Əqsa Məscidini işğal edən düşmənlə bir arada yaşamalara məcburdurlar kimi açıqlamalarını qınayırıq.”

Xəbəri paylaş

VİDEOLAR