Dünya Bankının Türkiyə iqtisadiyyatı üçün proqnozu

Dünya Bankının Türkiyə iqtisadiyyatı üçün proqnozu

Az.rasthaber.com xəbər verir ki, Dünya Bankı Türkiyə iqtisadiyyatı üçün artım gözləntisini 3,2 faizə qaldırdı.

Dünya Bankı Qlobal İqtisadi Perspektivlər Hesabatının iyun buraxılışını paylaşıb.

Hesabatda Türkiyə iqtisadiyyatının 2023-cü ildə 3,2 faiz, 2024-cü ildə 4,3 faiz, 2025-ci ildə isə 4,1 faiz inkişafı gözlənildiyi bildirilib.

Qeyd edək ki, Dünya Bankı yanvar ayında açıqladığı məlumatda Türkiyə iqtisadiyyatının 2023-cü ildə 2,7 faiz, 2024-cü ildə isə 4 faiz artacağını proqnozlaşdırmışdı.

Fevralın əvvəlində Türkiyənin iki böyük zəlzələ ilə sarsıldığını xatırladan hesabatda Türkiyənin Avropa və Mərkəzi Asiya bölgəsinin böyüməsinə əhəmiyyətli töhfələr verməyə davam etdiyi və iqtisadiyyatının 2023-cü ilin ilk rübündə də möhkəm qaldığı vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR