Döyüşlər dayanıb - Rusiya KİV

Döyüşlər dayanıb - Rusiya KİV

Rusiya mediası, o cümlədən TASS və RIA Novosti, Rusiya Müdafiə naziri Sergey Şoyqunun Azərbaycan və Ermənistan Müdafiə nazirləri ilə telefon danışıqlarından sonra Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşdiyi barədə xəbər yayıb.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbərinə görə, TASS-a Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Kilsəli dağı rayonunda “vəziyyət sabitləşib.”

“Hazırda Kilsəli dağı ərazisində döyüşlər dayandırılıb, vəziyyət normallaşıb və nəzarət altındadır”, TASS agentliyi Rusiya MN-ə istinadla bildirib.

Rusiya Müdafiə Naziliyinin saytında isə bu məlumat hələlik dərc olunmayıb.

Yalnız nazir Sergey Şoyqunun Azərbaycan və Ermənistan Müdafiə nazirləri ilə telefon danışıqları apardığı barədə məlumat yayılıb.

“Sergey Şoyqu hər iki tərəfi vəziyyətin gərginləşməsinə səbəb olan hərəkətləri dayandırmağa çağırıb”, Rusiya Müdafiə Nazirliyinin vebsaytında dərc olunan məlumatda deyilib.

Xəbəri paylaş

VİDEOLAR