Dövlət Dumasının sədr müavini: Rusiya olmasa, Ermənistan da olmayacaq!

Dövlət Dumasının sədr müavini: Rusiya olmasa, Ermənistan da olmayacaq!

“Münasibətlərimizin bir əsrlik tarixi onu göstərir ki, Rusiya olmasa, Ermənistan da olmayacaq. Lakin Ermənistanın hazırkı rəhbərliyi Qərblə yaxınlaşmaq kursunu seçib”. “Münasibətlərimizin bir əsrlik tarixi onu göstərir ki, Rusiya olmasa, Ermənistan da olmayacaq. Lakin Ermənistanın hazırkı rəhbərliyi Qərblə yaxınlaşmaq kursunu seçib”.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu “news.am”a müsahibəsində Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.

O həmçinin Ermənistanı Qərbin diktə etdiyi qaydalar çərçivəsində və erməni xalqının iradəsinə zidd addımlar atmaqda da günahlandırıb.

P. Tolstoy deyib ki, Dövlət Duması Rusiya-Ermənistan münasibətlərinin yaxşılaşmasına tərəfdardır:

“Erməni xalqı onu əsrlər boyu hansı dövlətin müdafiə etdiyini çox yaxşı bilir. Nə Qərbin addımları, nə də Avropa ailəsinə üzv olmaq arzusu Ermənistanın gənclərində antirusiya mövqeyinin formalaşmasına imkan verəcək. Duma da Rusiya ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasının lehinədir. Lakin Ermənistan kursunu dəyişir. Əlaqələrimizin normallaşması üçün Ermənistan orada fəaliyyət göstərən və qeyri-konstruktiv mövqedə olan 2500 təşkilatın fəaliyyətini dayandırmalıdır. Ermənistanın bir nömrəli problemi Qərb və Avropa ilə əməkdaşlığın ölkəni xilas edəcəyi barədə xəyallarıdır. Bu mövqeyi həm Nikol Paşinyan, həm də onun tərəfdarları dəstəkləyir”.

Xəbəri paylaş

VİDEOLAR