Suriyanın paytaxtından partlayıcı qurğular işə salınıb.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, terrorçular Dəməşq şəhərində partlayış törədiblər.
Təhlükəsizlik xidmətindəki mənbədən verilən məlumata görə, terror aktı paytaxtın mərkəzindəki Rəis körpüsü olan ərazidə törədilib.
2 ədəd partlayıcı qurğunun işə düşməsi nəticəsində ərazidən keçən orduya məxsus avtobus məhv olub.
İlkin xəbərlərə əsasən, 14 hərbçi həyatını itirib.
Qeyd edilib ki, bombalar avtobuslara yerləşdirilib. Onlardan 2-si işə düşüb, 3-cü isə işə düşməyib və mütəxəssislər tərəfindən zərərsizləşdirilib.