"Dəmir günbəzimizi Ukraynaya versək, İranın onu ələ keçirəcəyindən qorxuruq"

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın bu sistemi Ukraynaya verməsinə icazə verməyəcəklərini, çünki “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin İranın əlinə keçəcəyindən qorxduqlarını bildirib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-da nəşr olunan “The Wall Street Journal” qəzetinə danışan Netanyahu “Bu sistem İranın əlinə keçərsə, milyonlarla israilli müdafiəsiz və təhlükə qarşısında qalacaq” deyib.

Netanyahu, ABŞ Konqresinin bəzi üzvlərinin və Ukrayna rəsmilərinin Qərbin Ukraynanı silahlandırmaq səylərinə qoşulmaq barədə İsrailə çağırışlarını rədd edərək deyib:

"Məncə, Ukraynanın Qərb müttəfiqlərindən heç birinin bizim kimi bir narahatçılığı yoxdur".

Netanyahu əlavə edib ki, İsrail Suriyada “hərəkət azadlığını” təmin etməlidir.

Xəbəri paylaş

VİDEOLAR