2019-cu il üzrə dünya ölkələrinin demokratiya indeksinə görə tutduqları yer açıqlanıb.
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə siyahını "Economist Intelligence Unit" nəşri yayımlayıb.
Siyahdı Gürcüstan demokratiya səviyyəsinə görə, 89-cu yerdə qərarlaşıb.
Gürcüstan demokratiya indeksinə görə, 10 ballıq sistem üzrə 5.42 bal almaqı bacarıb. Ötən ilin analoji göstəricisi isə müqayisədə bu göstərici 5.50 olumuşdu.
Aparılan araşıdrmada dünyada demokratiya indeksinə görə, birinci yeri - Norveç, ikinci - İslandiya, üçüncü yeri isə - İsveç tutub. Növbəti yerlərdə isə Yeni Zenlandiya və Finlandiya qərarlaşıb.
Araşdırma dünyanın 165 ölkəsi üzrə aparılıb.
Araşdırmada bildirilib ki, ümumilikdə dünya üzrə demokratiya indeksində ötən ilin analoji göstəriciləri ilə müqayisədə geriləmə qeydə alınıb.
Bu il qlobal demokratiya indeksi olaraq 5.44 göstərilir.