Davudoğludan Ərdoğanla bağlı şok açıqlama: Onu devirəcəklər...

Davudoğludan Ərdoğanla bağlı şok açıqlama: Onu devirəcəklər...

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan 1997-ci ilin fevralında baş verən “məxməri” çevrilişin arxasında dayanan qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırıla bilər.

Rasthaber Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, belə bir iddia ilə Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu çıxış edib.

“Hazırda Ərdoğan 1997-ci il fevralın 28-də çevriliş edən qüvvələrin təsiri altındadır. Təəssüf ki, o, öz tərəfdarlarının dəstəyini onlara yönləndirir. Mən hələ AKP-də olanda bu barədə onun özünə söyləmişəm. Bu FETO-nun taktikasıdır. Zahirən təsəvvür yaranır ki, ölkəni Ərdoğan idarə edir. Amma növbəti mərhələdə onu devirəcəklər”, – Davudoğlu öz “Twitter” hesabında yazıb.

Qeyd edək ki, 1997-ci ildə ali rütbəli türk hərbçiləri dövlətin dünyəvilik prinsiplərinə sadiq qalacağını ifadə edən memorandum imzalamışdılar. Onların təzyiqi ilə o zamankı baş nazir Nəcməddin Ərbakan da sənədi imzalamaq məcburiyyətində qaldı. Dörd ay sonra isə Nəcməddin bəy istefaya gedərək yaratdığı Rifah partiyasını da buraxdı.

Xatırladaq ki, 2014-2016-cı illərdə Əhməd Davudoğlu Türkiyənin baş naziri olub. 2019-cu ilin dekabrında müxalif Gələcək partiyası yaradıb.

Xəbəri paylaş

VİDEOLAR