Danimarka hökuməti Malidə hakimiyyətdə olan hərbçilərin tələbindən sonra qoşunlarını bu ölkənin ərazisindən çıxarmaq qərarına gəlib.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Yeppe Kofod bildirib.
"Hakimiyyətdə olan hərbçilər Danimarkanın Malidə daha xoş qarşılanmadığını təsdiqləyən açıq bir mesaj göndərdi", - deyə nazir Avropa mediasından sitat gətirib.
“Biz ordumuzu geri çəkmək qərarına gəldik”, - nazir əlavə edib.
Avropa mediası bildirib ki, söhbət 100-ə yaxın əsgərdən gedir.