Daha iki ölkədə koronavirusun yeni ştammı aşkarlanıb

Daha iki ölkədə koronavirusun yeni ştammı aşkarlanıb

Onlardan biri Avropa, digəri Afrika ölkəsidir

İsveçrə ərazisində koronavirusun yeni ştammı aşkar edilib.

Bu barədə ölkənin Federal Səhiyyə İdarəsi bildirib.

Bildirilib ki, söhbət bundan əvvəl Böyük Britaniyada aşkar edilmiş virusun növündən gedir:

"İsveçrədə Britaniya mənşəli [koronavirusun] yeni bir variantı iki test nümunəsində aşkar edilib".

Söhbət Birləşmiş Krallıqda daimi yaşayış yeri olan şəxslərdən götürülmüş biyomaterial nümunələrindən gedir.

Nigeriyada da koronavirusun yeni ştammı aşkar edilib. Bu onun mutasiyasının xüsusi bir formasıdır.

Bu barədə yerli televiziya kanalı "eNCA" Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Con Nkengasonga istinadən bildirib.

Bildirilib ki, söhbət Böyük Britaniyada bu yaxınlarda tapılan varianta bənzəməyən xüsusi bir mutant virusundan gedir:

"Lakin Nigeriyada müəyyən edilmiş ştammın 18 dekabr tarixində Cənubi Afrikada təsbit edilmiş 501.V2 koronavirus variantı ilə bir qədər oxşarlığı ola bilər".

trend

Xəbəri paylaş

VİDEOLAR