Yeni Zelandiyanın baş sanitar həkiminin sözlərinə görə, ölkə ərazisində virusa yoluxmuş xəstə qalmayıb.
Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Yeni Zelandiyada aktiv Covid-19 virusu yoxdur, bazar ertəsi rəsmilər son xəstənin sağalmasından sonra açıqlayıb.
Bu açıqlama son iki həftədən çox müddətdə yeni yoluxma hallarının qeydə alınmamasından sonra verilib.
Yeni Zelandiya həftələr boyu dünyanın ən sərt karantinlərindən birini tətbiq edib və pandemiyanın kəskinləşməsini uğurla dayandırıb.
Ölkədə 1504 koronavirusa yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.
Yeni Zelandiyada virusa son yoluxma 22 mayda qeydə alınıb. Bildiriir ki, ümumilikdə 295 min insan koronavirus testindən keçib.
Qeyd edək ki, Yeni Zelandiyada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb.