Kuba Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) sionist İsrailə qarşı qaldırdığı soyqırım işinə “daxil olmaq” istəyib.
Az.rasthaber.com xəbər verir ki, Kuba hökuməti Birləşmiş Millətlər Təşkilatının 1948-ci il Soyqırımın qarşısının alınması və cəzalandırılması Konvensiyasına əsasən Cənubi Afrikanın İsrailə qarşı başlatdığı hüquqi prosesə qoşulmağa qərar verdiyini açıqlayıb.
Kuba hökumətindən verilən açıqlamada, qatil İsrailin on illərdir Fələstin xalqına qarşı yürütdüyü soyqırım siyasətlərinə diqqət çəkilib.
Bəyanatda deyilir: “Aydındır ki, biz öz müqəddəratını təyinetmə hüququnu və İsrail tərəfindən qeyri-qanuni işğal olunmuş ərazilərdə müstəqil Fələstin dövlətinin yaradılmasını tələb edən fələstinlilərə qarşı soyqırım siyasəti ilə üzləşmişik”.
Bəyanatda Qəzza zolağında davam edən hücumlara da toxunulub və bunlar qeyd edilib:
"Beynəlxalq humanitar hüququn və ya İsrail tərəfindən həyata keçirilən aparteid rejiminin pozulması özlüyündə cinayətdir. Lakin bu hərəkətlər İsrailin işğalçı dövlət kimi həyata keçirdiyi ümumi soyqırım siyasətinin bir hissəsidir".
Bəyanatda Birləşmiş Millətlər Təşkilatının Fələstin xalqına qarşı insan haqları pozuntularına qarşı illərdir qeyri-adekvat olduğu vurğulanaraq, Beynəlxalq Ədalət Məhkəməsinin Fələstin xalqının son ümid yeri olduğu və bu işin Fələstin xalqının zəmanəti olaraq görülməsi lazım olduğu bildirilib.