Daha 6 PKK üzvü Türkiyə güc strukturlarına təslim olub

Daha 6 PKK üzvü Türkiyə güc strukturlarına təslim olub

Terror təşkilatı PKK-dan qaçan 6 terrorçunun təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığı və Polis Müdirliyi tərəfindən göstərilən inandırma cəhdləri nəticəsində terror təşkilatı PKK-dan qaçan 6 terrorçunun təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

Nazirlikdən verilən məlumatda avqustun 11-də təslim olan təşkilat üzvlərinin 2014 və 2015 -ci illərdə terror təşkilatına qoşularaq Suriya və İraqda fəaliyyət göstərdikləri önə çəkilib.

Məlumatda inandırma cəhdlərinin davam etməsi nəticəsində 2021-ci ildə təslim olan təşkilat üzvlərinin sayının 126-ya çıxdığı deyilir.

Xəbəri paylaş

VİDEOLAR