Daha 2 PKK terrorçusu Türkiyə güc strukturlarına təslim oldu

Daha 2 PKK terrorçusu Türkiyə güc strukturlarına təslim oldu

Bölücü terror təşkilatı PKK/KCK-dan qaçan iki təşkilat üzvü Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Rasthaber Azərbaycan TRT-yə istnadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin bəyanatına görə, bölücü terror təşkilatı üzvləri təlqinlər nəticəsində təslim olmağa davam edirlər.

Bu çərçivədə, Türkiyə Daxili İşlər Nazirliyinin koordinasiyasında Polis İdarəsi və Jandarma Komandanlığı tərəfindən da aparılan inandırma səyləri nəticəsində PKK/KCK terror təşkilatından qaçan iki təşkilat üzvü təhlükəsizlik güclərinə təslim olub.

Təslim olan təşkilat üzvlərinin son olaraq İraqda fəaliyyət göstərdikləri müəyyən edilib. 

Bununla da cari il ərzində təlqin nəticəsində PKK/KCK-dan qaçaraq təslim olanların sayı 234-ə yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR