2.01.2021 12:18:40
Dağıstan Respublikasında 4,6 bal gücündə zəlzələ baş verib.
Rasthaber Azərbaycan xəbər verir ki, Rusiya Federasiyası Dağıstan Respublikasında 4,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi məlumat verib.
Qeyd edilir ki, yeraltı təkanın mərkəzi Dərbənddən 21 km şimal-qərbdə yerləşib.
Zəlzələ ocağı isə təxminən 10 km dərinlikdə olub.