Cümə namazında 80 min nəfər Məscidül-Əqsaya toplaşıb

Cümə namazında 80 min nəfər Məscidül-Əqsaya toplaşıb

Sionist işğal rejiminin bütün maneələrinə və yaş məhdudiyyətlərinə baxmayaraq, Fələstin xalqı Ramazan ayının ilk cümə namazında yenidən Məscid-i Əqsaya axışıb və hesablamalara əsasən, bu müqəddəs məkanda ən azı 80 min nəfərlik bir camaat toplaşıb.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, cümə namazından sonra, camaat son zamanlar işğal hədəflərinə qarşı fədakarlıqla özünü göstərən müqavimətə dəstək nümayişi keçirib.

Nümayişçilər Qəssam Briqadaları və Fələstin Müqavimətinin Baş Qərargah rəisi olaraq bilinən Məhəmməd Ed-Dayfın lehinə şüarlar səsləndiriblər.

Həmçinin, Təl-Əvivin Dizengoff küçəsində işğalçılara qarşı şəhadət əməliyyatı keçirən və işğalçılarla toqquşma nəticəsində şəhid olan Əhməd Yasin, Yəhya Əyyas, Əbu Ubeyde və Ra'd Hazimin lehinə şüarlar da səsləndirilib.

Cümə namazı xütbəsini oxuyan Şeyx İkrime Səbri müsəlmanların Məscid-i Əqsaya olan bu böyük marağının bütün dünya müsəlmanlarına Məscidül-Əqsanın əhəmiyyətini xatırlatdığını vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR