Corc Floydun ölümünə görə Stokholmda da etiraz aksiyası keçirilib

Corc Floydun ölümünə görə Stokholmda da etiraz aksiyası keçirilib

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq İsveçin paytaxtı Stokholmda aksiya keçirilib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq İsveçin paytaxtı Stokholmda  aksiya keçirilib.
"Segel Torg" meydanına toplaşan nümayişçilər "Küçələrimizdə irqçi istəmirik" və Floydun son sözləri "Nəfəs ala bilmirəm" şüarları səsləndiriblər.
Nümayiş zamanı yeni növ koronavirus pandemiyası ilə mübarizənin əsas şərtlərindən sosial məsafə qaydasına əməl edilməməsi səbəbindən polislə etirazçılar arasında sərt mübahisələr baş verib. Polis zaman zaman gözyaşardıcı qazdan istifadə edib.
Stokholm Polis İdarəsinin sözçüsü Mats Eriksson izdihamı təhrik edən bəzi şəxslərin saxlanıldığı söyləyib.
Nümayişçilərin Stokholm küçələrində kiçik qruplar halında dağıldığını bildirən Eriksson təşkilatçıların köməyi ilə daha çox hadisə yaranmasının qarşısını aldığını bildirib.
Xatırladaq ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında, o cümlədən dünyanın müxtəlif ölkələrində keçirilən kütləvi iğtişaşlar davam edir.

Xəbəri paylaş

VİDEOLAR