Co Bayden Yaxın Şərq turu çərçivəsində işğal olunmuş Fələstin ərazilərinə gedib.
Az.rasthaber.com xəbər verir ki, Ben Qurion hava limanına enən Baydeni işğal rejimi rəsmiləri qarşılayıb.
ABŞ lideri iki ölkə arasındakı əlaqələrin "çox dərin" olduğunu bildirib.
Bayden çıxışı zamanı bildirib:
"Sionist olmaq üçün yəhudi olmaq lazım deyil.
İsrail xalqı ilə ABŞ arasındakı bağ çox dərindir. Mən fəxrlə demək istəyirəm ki, ölkələrimiz arasında əlaqələr indi əvvəlkindən daha dərin və möhkəmdir".
Bayden bir daha ABŞ-ın işğalçı rejim İsrail və Fələstin üçün iki dövlətli həll yolunu dəstəklədiyini vurğulayıb.
İşğal rejiminin baş naziri, sionist Yair Lapid də Baydeni “böyük sionist” adlandırıb. Lapid deyib ki, Bayden "İsrailin tarixi boyu malik olduğu ən yaxşı dostlardan biridir".