Co Bayden öz administrasiyasında çox sayda yəhudiyə yer ayırdı

Co Bayden öz administrasiyasında çox sayda yəhudiyə yer ayırdı

Yanvarın 20-dən ABŞ prezidenti vəzifəsinin icrasına başlayan Co Baydenin öz administrasiyasında çox sayda yəhudiyə yer ayırması İsrail mediasının böyük marağına səbəb olub.

Rasthaber Azərbaycan xəbər verir ki, İsrailin aparıcı qəzetlərindən “Jerusalem Post” və “Times Of Israel” məsələ ilə əlaqədar geniş məqalələrlə çıxış ediblər və yüksək vəzifələrə təyin edilən yəhudi əsilli məmurların bəzilərinin adlarını açıqlayıblar.

Bayden administrasiyasının geniş publikaya yaxşı tanış olan iki ismi – xarici işlər naziri Entoni Blinken və maliyyə naziri Canet Yellendir. Blinken hələ Barak Obama prezident olduğu dönəmdə – 2015-2017-ci illərdə XİN rəhbərinin müavini kimi çalışıb.

Digər yəhudi məmur isə 1959-cu ildə Kubada anadan olan daxili təhlükəsizlik naziri Alexandro Mayorkasdı. O da Obama administrasiyasında Daxili təhlükəsizlik nazirliyində nazir müavini kimi iş başında olub.

ABŞ-ın ədliyyə naziri vəzifəsini isə digər yəhudi – Merrik Qarland icra edəcək.

Bayden Milli Kəşfiyyat İdarəsini də yəhudi əsilli amerikalıya – Avril Heynsə etibar edib. Ağ Evin administrasiya rəhbəri isə Ronald Kleyn təyin olunub.

Xəbəri paylaş

VİDEOLAR