Cənubi Koreya nüvə silahı əldə edəcəyini istisna etməyib

Cənubi Koreya nüvə silahı əldə edəcəyini istisna etməyib

Şimali Koreya 2022-ci ildə bölgədə 37 raket sınağı həyata keçirib.

Rasthaber Azərbaycan-ın verdiyi xəbərə görə, Cənubi Koreya rəhbərliyi nüvə silahı əldə edə biləcək potensiala sahib olduqlarını bildirib.

Prezident Yun Suk Yeol  Paytaxt Seulda ölkəsinin xarici və müdafiə rəsmiləri ilə bir araya gəlib.

Yun yığıncaqda etdiyi çıxışında Cənubi Koreyanın nüvə silahı əldə edə biləcəyinə diqqət çəkib. Bunun üçün ölkənin qabaqcıl texnologiyasından istifadə ediləcəyini ifadə edən prezident: “Şimali Koreyanın nüvə təhlükəsi artarsa, biz öz nüvə silahlarımızı əldə edə bilərik”.

Qeyd edək ki, Şimali Koreya 2022-ci ildə bölgədə 37 raket sınağı həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR