CNN: Buş və Klintonun portretləri Ağ Evin girişindən yığışdırıldı

CNN: Buş və Klintonun portretləri Ağ Evin girişindən yığışdırıldı

ABŞ-ın esk-prezidentləri oğul Corc Buş və Bill Klintonun portretləri Ağ Evdəki “Grand foyedən” götürülüb.

Rasthaber Azərbaycan Shafaqna-ya istinadən xəbər verir ki,  ABŞ-ın esk-prezidentləri oğul Corc Buş və Bill Klintonun portretləri Ağ Evdəki “Grand foyedən” götürülüb.

Bu haqda CNN məlumat yayıb.

Onların yerinə 100 ildən də əvvəl dövlət başçısı olmuş iki respulikaçı prezidentin portretləri asılıb: Vilyam Mak-Kinli və Teodor Ruzvelt.

Buş və Klintonun şəkilləri kiçik bir otağa – köhnə Ailə yeməkxanasına köçürülüb.

ABŞ ənənəsinə əsasən, son prezidentlərin şəkilləri binaya girişdə ən görünən yerdə olmalıdır ki, rəsmi təntənəli ziyafətlər zamanı qonaqlar onları görə bilsinlər. Ağ Evin qonaqları isə nadir hallarda köhnə Ailəvi yeməkxanada olurlar.

Xəbəri paylaş

VİDEOLAR