Əcnəbilərin Qazaxıstana girişi dayandırıldı

Əcnəbilərin Qazaxıstana girişi dayandırıldı

Qazaxıstan hökuməti fövqəladə vəziyyət rejimi ilə bağlı əcnəbilərin ölkəyə girişini dayandırıb

Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyi məlumat yayıb.
-----------
15:31
Qazaxıstan hökuməti müvəqqəti -180 gün ərzində benzin və dizel yanacağının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar qəbul edib. Bu barədə RİA Novosti xəbər verir.
Nazirlər Kabinetinin Yanacaq Doldurma Məntəqələrində nəqliyyat vasitələri üçün maye qazının pərakəndə satışı üçün 180 gün müddətinə maksimum qiymətlər müəyyən edib.
***
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən hadisələrin səbəblərinin araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması üçün xüsusi istintaq komitəsinin yaradılması barədə qərar verib. Bu barədə RİA Novosti xəbər verir.
Bundan əlavə, Prezidentin tapşırığı ilə Qazaxıstan Nazirlər Kabineti ölkədə vəziyyətin sabitləşməsindən sonra bankların və digər maliyyə təşkilatlarının stabil işini bərpa etməlidir. Tokayev, həmçinin Qazaxıstanda diplomatik nümayəndəliklərin və xarici investisiya subyektlərinin və xarici şirkətlərin bizneslərinin qorunması üzrə addımlar atmağı tapşırıb.
Qeyd edək ki, Qazaxıstan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkədə baş verən kütləvi qarşıdurmalar nəticəsində mindən çox insan xəsarət alıb.
***
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində məlumat verib.
“Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb”, - Paşinyan yazıb.
Paşinyan bildirib ki, KTMT qüvvələri Qazaxıstanda vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədilə məhdud müddətə göndəriləcək.
Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Qazaxıstanda iğtişaşlar
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin Qazaxıstan Prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.

Xəbəri paylaş

VİDEOLAR