Xatırladaq ki, avqust ayının sonu Lukaşenko iki dəfə iqamətgahına silahlı halda gəlib.
Rasthaber “Gazeta”-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya KİV-ləri ilə söhbət zamanı bildirib ki, ABŞ kosmosdan onu izləyir.
“Mən vertolyota əyləşirəm, lakin onlar, əclaflar, amerikalılar kosmosdan hər şeyə ki baxa bilirlər və onlar Varşava yaxınlığındakı mərkəzlərinə siqnal veriblər ki, prezident vertolyot qalxdı”, – deyə o, etirazlar zamanı iqamətgahına avtomatla gəlişini şərh edib.
Xatırladaq ki, avqust ayının sonu Lukaşenko iki dəfə iqamətgahına silahlı halda gəlib.
Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri keçirilib. Müxalifət nəticələrlə razılaşmayaraq etiraz aksiyaları keçirir.