Çindən İran açıqlaması

Çindən İran açıqlaması

"Çin hər zaman Fars körfəzi ölkələri ilə İran arasında mehriban qonşuluq prinsipi əsasında əlaqələrin inkişafını dəstəkləyir"

Az.rasthaber.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Tehran və Pekin arasında dostluq əlaqələrini qiymətləndirərkən deyib.

Venbin daha sonra bildirib:

"Çin tərəfi ikitərəfli münasibətlərin inkişafı və saxlanması üçün əlaqələrin və koordinasiyanın gücləndirilməsinin tərəfdarıdır. 

Həm Fars Körfəzi Şurası ölkələri, həm də İran Çinin dostudur. Çinlə münasibətlərin inkişafı heç bir üçüncü tərəfi hədəf almır".

Bu kontekstdə Fars körfəzi ölkələri və Çin liderləri bu yaxınlarda bir araya gələrək, birgə iclaslarının yekun bəyanatında İran və BƏƏ arasında üç ada probleminin sülh yolu ilə həllinə çağırıblar.

Fars körfəzi ölkələri və Çin liderlərinin bəyanatı Səudiyyə Ərəbistanı və Çin liderlərinin İrandan “ölkələrin daxili işlərinə qarışmaqdan” çəkinməsini xahiş edən növbəti bəyanatından dərhal sonra verilib.

İran isə bu cür bəyanatları müdaxilə xarakterli hesab edir və belə bəyanatların verilməməsi lazım olduğunu vurğulayır.

Xəbəri paylaş

VİDEOLAR