Çindən ABŞ-a XƏBƏRDARLIQ: "Odla oynayan özünü yandıracaq"

Çindən ABŞ-a XƏBƏRDARLIQ:

Çin Sədri Tayvanın işlərinə xarici müdaxilənin qəti əleyhinə olduğunu deyib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Çin Sədri ABŞ Prezidenti ilə telefon danışığında bildirib.

Onun sözlərinə görə, Tayvan məsələsində Çin hakimiyyəti və xalqı eyni mövqe nümayiş etdirir.

“1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır. İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür”, - deyə Çin lideri bildirib.

Xəbəri paylaş

VİDEOLAR