O, korrupsiya, rüşvətxorluğa görə edam ediləcək.
Rasthaber Azərbaycan “Sinxua”-ya istinadən xəbər verir ki, Çində partiya komitəsinin eks-katibi və ölkədəki böyük şirkətlərdən birinin idarə sədri Lay Syaomin edam hökmünə məhkum edilib.
O, korrupsiya, rüşvətxorluğa görə edam ediləcək.
Syaomin 2018-ci ildə qanunvericiliyi və partiya intizamını pozduğuna görə partiyadan qovulub.
İstintaq zamanı məlum olub ki, o, siyasi fırıldaqlarda iştirak edib, ayrı-ayrı şəxslərin xidməti yüksəlişində əli olub, yoxlamaların keçirilməsinə mane olub.
Bundan başqa, o, bahalı hədiyyələr, iri pul məbləğləri alı və ictimai əmlakı mənimsəyib.