Çində bir şəhərin giriş-çıxışı bağlandı

Çində bir şəhərin giriş-çıxışı bağlandı

Qeyd olunur ki, bu şəhərlərdə bir həftə ərzində 300-dən çox yoluxma qeydə alınıb.

Çin hökuməti ölkənin şimalındakı Hebey əyalətində 11 milyon əhalisi olan Şitszyaçjuan şəhəri ilə nəqliyyat əlaqəsini dayandırıb.

Trend-in məlumatına görə, buna şəhər ərazisində koronavirusa yoluxma hallarının kəskin artması səbəb olub.

Bundan başqa, Sintay şəhərində də sakinlərin hərəkəti məhdudlaşdırılıb. 

Qeyd olunur ki, bu şəhərlərdə bir həftə ərzində 300-dən çox yoluxma qeydə alınıb.

Son sutka ərzində Çində 53 yoluxma qeydə alınıb ki, bunlardan 33 nəfəri Hebey əyalətində yoluxub.

Xəbəri paylaş

VİDEOLAR