Çində artıq 9 milyona yaxın insan vaksinasiyadan keçib

Çində artıq 9 milyona yaxın insan vaksinasiyadan keçib

Çində bu günədək 9 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.

Rasthaber Azərbaycan Trend-ə istinadlı məlumatına görə, bunu ölkənin Səhiyyə və Gigiyena Məsələləri üzrə Dövlət komitəsinin sədri Tszen İsin deyib.

Qeyd olunub ki, ölkədə peyvəndləmə prosesi ötən il dekabrın 15-də başlayıb. Çin hökuməti vaksinasiya üçün "Sinopharm" və "Sinovac" şirkətlərinin peyvəndlərini təsdiq edib.

Fevralın ortalarınadək 50 milyon nəfərin peyvəndlənməsi planlaşdırılır.

Xəbəri paylaş

VİDEOLAR