Çində 18 milyon insana küçəyə çıxmaq qadağan olundu

Çində 18 milyon insana küçəyə çıxmaq qadağan olundu

Çinin Şitszyaçjuan və Sintay şəhərlərinin əhalisinə (ümumilikdə 18 milyon nəfər) növbəti həftə ərzində evlərini tərk etməmək tapşırılıb.

Rasthaber Azərbaycan Sinxuanet-ə istinadla xəbər verir ki, lokdaun haqqında qərar son həftə ərzində 127 nəfərin koronavirusa yoluxmasından sona qəbul edilib.

Şitszyaçjuan bir rayonu yüksək epidemioloji riskli zona hesab edilib, digərləri isə orta riskli kimi dəyərləndirilib. Şitszyaçjuanda 11, Sintayda isə 7 milyon əhali yaşayır.

Koronavirus epidemiyasının qarşısını almaq üçün Şitszyaçjuanda bu gündən etibarən ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Bundan əlavə qatralara biletləri olan sərnişinlərə onları geri qaytarmaq barəsində tövsiyələr verilib.

Dünəndən etibarən isə Şitszyaçjuan əhalisindən testlər götürülməyə başlayıb. Prosesin bu gün başa çatacağı gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR