Cinayətkar İsrail rejimi Suriyaya yenidən hücum edib

Cinayətkar İsrail rejimi Suriyaya yenidən hücum edib

Səhər saatlarından Qəzzəyə şiddətli hücumlar həyata keçirən sionist İsrail ordusu Suriyanın cənubunda da bəzi nöqtələri vurduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail Ordusunun sözçüsü tərəfindən verilən açıqlamaya görə, ordu Suriyanın cənubundakı Colan təpələrindəki Quneytra vilayətinin “Xan Ərnəbe” qəsəbəsinə havadan zərbələr endirib. Bu nöqtələrdəki artilleriya batareyalarının hədəf alındığını iddia edən İsrail ordusu “Suriyanın cənubunda yerləşən silahların İsrail üçün təhlükə yaratdığını və buna imkan verməyəcəyini” müdafiə edib.

2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail Suriyaya intensiv hava zərbələri endirib. İsrail həmçinin Suriya ilə 1974-cü ildə imzalanmış atəşkəs razılaşmasını pozaraq, işğal etdiyi Qolan təpələrindəki silahsızlaşdırılmış zonanın quru işğalını genişləndirməyə başlayıb. Sionist İsrailin müdafiə naziri Yisrael Katz, Suriyanın işğalının "qeyri-müəyyən müddətə davam edəcəyini" müdafiə etdi.

Sionist İsrail ordusu yanvarın 19-da başlayan atəşkəsi pozaraq, dünən səhər saatlarında Qəzza zolağına şiddətli hücumlara başlayıb, bu günə qədər qadın və uşaqlar da daxil olmaqla 400-dən çox fələstinli şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR