Vaksini gətirən təyyarə İstanbul hava limanında eniş edib.
Rasthaber Azərbaycan “HaberTürk”-ə istinadən xəbər verir ki, Çinin koronavirus əleyhinə vaksini “Sinovac”-ın ilk partiyası bu gün Türkiyəyə çatdırılıb.
Vaksini gətirən təyyarə İstanbul hava limanında eniş edib.
Türkiyə Səhiyyə Nazirliyi hələ rəsmi şəkildə bu məlumat təsdiqləməyib.
Xatırladaq ki, Türkiyə daha öncə “Sinovac” şirkəti ilə 50 milyon doza vaksinin əldə edilməsinə dair razılığa gəliblər.