ÇİN və ABŞ arasında uçuşlar başlayır

ÇİN və ABŞ arasında uçuşlar başlayır

Pandemiyadan öncə isə San-Fransisko, Los-Anceles, Çikaqo və Nyu-Yorkdan Çinə gündə 5 dəfə uçuş var

Rasthaber Azərbaycan  “Sinxua”-ya istinadən xəbər verir ki, ABŞ-ın “United Airlines” aviaşirkəti 8 iyuldan San-Fransisko və Çinin Şanxay şəhərləri arasındakı reysləri bərpa etməyə hazırdır.

Adıçəkilən şirkətin Çindəki ofisindən bildiriblər ki, uçuşlar “Boeing 777-300ER” təyyarəsi ilə həftədə 2 dəfə həyata keçiriləcək.

Pandemiyadan öncə isə San-Fransisko, Los-Anceles, Çikaqo və Nyu-Yorkdan Çinə gündə 5 dəfə uçuş var idi.

İyuldan başlayaraq “Uniterd Airlines” Syanqan və Sinqapura da reysləri mərhələli şəkildə bərpa etmək niyyətindədir.

Xəbəri paylaş

VİDEOLAR