Çin: Ümid edirik ki, dünya Amerika maliyyə böhranından amanda qalar

Çin: Ümid edirik ki, dünya Amerika maliyyə böhranından amanda qalar

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın borc böhranı risklərini başqa ölkələrə ötürmə mövzusundan danışıb.


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning çərşənbə axşam deyib: "Çin, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-ın maliyyə risklərini beynəlxalq ictimaiyyətə ötürməyə cəhd etməyəcəyinə ümid edir."

Çin Xarici İşlər Nazirliyinin sözçüsü gündəlik mətbuat konfransı zamanı bildirib ki, borc böhranı məsələsi ABŞ-ın daxili işidir, lakin bu ölkənin dünyanın ən böyük iqtisadiyyatı olduğunu nəzərə alsaq, siyasi vəziyyəti və qərarları qlobal iqtisadiyyata təsirləri baxımından əhəmiyyətli ola bilər.

Bu yüksək çinli məmur əlavə edib ki, Pekin ABŞ-ın məsuliyyətli maliyyə və pul siyasəti aparacağına və maliyyə risklərini bütün dünyaya ötürməyəcəyinə ümid edir.

Xəbəri paylaş

VİDEOLAR