Çin: Tayvandakı gərginliyin yeganə səbəbkarı ABŞ-dır

Çin: Tayvandakı gərginliyin yeganə səbəbkarı ABŞ-dır

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian, Tayvan boğazındakı gərginliyə ABŞ-ın səbəb olduğunu bildirərək, "ABŞ tərəfi bunun bütün məsuliyyətini və ciddi nəticələrini öz üzərinə götürməlidir", - deyib.

Az.rasthaber.com xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Qian ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri nəticəsində başlayan gərginliklə bağlı qiymətləndirmələr edib.

Qian açıqlamasında bildirib:

"ABŞ-ın təhrik etdiyi Tayvan boğazında mövcud gərgin vəziyyət, yalnız ABŞ tərəfindən yaradılıb. 

Bütün məsuliyyəti və ciddi nəticələri ABŞ öz üzərinə götürməlidir.

Çin tərəfi Pelosinin Tayvana səfərinə və iki ölkə arasındakı münasibətlərə ciddi xəbərdarlıq etmişdi. Lakin Pelosi qəsdən Tayvana səfər etdi və bununla da təxribat yaratdı.

ABŞ-ın təxribatçı hərəkətlərinə cavab olaraq Çin ABŞ hərbi rəhbərləri ilə telefon danışıqlarını və Çin-ABŞ Müdafiə nazirlikləri arasında işgüzar görüşləri ləğv etdi. Ünsiyyət səmimiyyət tələb edir. ABŞ böhran yaradarkən, onu idarə etdiyini iddia edir, bəhanələr gətirir, yalan məlumatlar yayır, təxribatçı əməllərini ört-basdır edir və insanları çaşdırır".

Xəbəri paylaş

VİDEOLAR