Çin Suriya neftinin ABŞ tərəfindən oğurlanmasının dayandırılmasını tələb edib

Çin Suriya neftinin ABŞ tərəfindən oğurlanmasının dayandırılmasını tələb edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğv olunmasını və Vaşinqton tərəfindən Suriya neftinin oğurluğuna son qoyulmasını tələb edib.

O deyib ki, Amerika Suriyada milli sərvətlər baxımından zəngin torpaqlara göz tikmiş və bu əraziləri işğal etməkdə davam edir və resurslarını, milli sərvətlərini oğurlayıb talayır.
Bu məsələ Suriya xalqının ağrı və iztirablarına səbəb olub və onlar üçün bir böhran başa çatmamış digərinin başlamasına səbəb olur.
Vanbin davam edərək deyib ki, Amerika suriyalıların istəklərinə cavab verməli və ölkələrinə qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları ləğv etməlidir.

Xəbəri paylaş

VİDEOLAR