Çin: Qərb dünyada xaosa səbəb olub

Çin: Qərb dünyada xaosa səbəb olub

Qərbin yürütdüyü siyasət dünyada xaos və çox sayda problemə səbəb olub.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tszyün bildirib.

Biz soruşmaq istəyirik ki, “qaydalara əsaslanmış nizam-intizam” deyildikdə hansı normalar nəzərdə tutulur. Bu normaları kim hazırlayır, bu qaydalar beynəlxalq nizamla nə cür əlaqəlidir?“, – deyə çinli diplomat qeyd edib.

Biz hələ də ikibaşlı olmayan və aydın bir cavab gözləyirik. Reallıqda isə biz görürük ki, bəzi ölkələrin istifadə etdiyi “qaydalara əsaslanmış” adlı yanaşma dünyanı xaosa soxub və çox sayda problemlərə gətirib çıxarıb“, – deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR