Pekində koronavirusa yoluxaraq sağalan son 2 pasiyent xəstəxanadan çıxıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə şəhərin Səhiyyə Məsələləri Komitəsi məlumat yayıb.
Onlar 25 avqustda “Ditan” xəstəxanasından çıxıblar.
Həmçinin qeyd edilib ki, bununla da Çinin paytaxtı Pekin şəhərində koronavirus infeksiyasına yoluxmuş insan qalmayıb.
Xatırladaq ki, Çin rəhbərliyi bildirib ki, ölkədə son sutka ərzində 15 yoluxma qeydə alınıb və onların hamısı xaricdən gəlmədir.