Pekin ABŞ-ın İrana qarşı qanunsuz sanksiyalarının azaldılmasını istəyib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Çin xarici işlər nazirliyi cümə günü vurğulayıb ki, Amerika İrana qarşı sanksiyaları azaltmalıdır və Tehran da öz növbəsində nüvə öhdəliklərinə geri dönəcək.
Çin xarici işlər nazirliyinin sözçüsü Hua Tszyan Yin də son zamanlar Amerikanın nüvə anlaşmasına qayıdışı və İrana qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayraq "İranın nüvə məsələsi həssas bir zaman kəsiyində qərar tapıb. Təcili prioritet budur ki, Amerika nüvə anlaşmasına qayıtsın və sanksiyaları tez bir zamanda aradan qaldırsın ki, iki tərəf nüvə anlaşmasını əsas yola qaytarmış olsun.", -deyə bildirib.
Çin xarici işlər nazirliyinin sözçüsü həmçinin ümid etdiyini bildiribdir ki, nüvə anlaşmasının bütün tərəfləri daha artıq sürətlə işləyərək, bu anlaşmanın bərpası üzrə ilkin addımlar üstündə razıllığa gələcəklər.