Fələstin problemi bütün Qərbi Asiya üçün fundamental bir problemdir.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının başçısı Si Cinpin bildirib.
“(Fələstin problemi) həll edilməyincə, regionda həqiqi sülh olmayacaq”, - deyə o qeyd edib.
Si Cinpin qeyd edib ki, Çin Fələstinin qanuni hüquqlarını və paytaxtı Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını tam dəstəkləyir.
“Çin Fələstin xalqının dostu olaraq qalacaq və onu dəstəkləməyə davam edəcək”, - deyə əlavə edilib.