ABŞ Suriyanı qarət edir və qoruduğunu iddia etdiyi beynəlxalq hüququ daim pozur.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Çjao Litszyan bəyan edib.
“Suriya tərəfinin rəsmi statistikasına əsasən, 2011-ci ildən 2022-ci ilin birinci yarısınadək olan dövrdə ABŞ hərbçiləri tərəfindən aparılan faydalı qazıntıların qeyri-qanuni hasilatı Suriyaya yüzmilyardlarla dollar ziyan vurub. ABŞ hərbçilərinin Suriyada yerləşdirilməsi qeyri-qanunidir, Suriyada neftin oğurlanması və buğdaya əl qoyulması qeyri-qanunidir, Suriyaya raket zərbələrinin endirilməsi qeyri-qanunidir“, – deyə o qeyd edib.
Çin rəsmi bildirib ki, bu cür hərəkətlər və beynəlxalq hüququn açıq şəkildə pozulması ABŞ-a “qaydalara əsaslanan dünya nizam-intizamını qoruduqlarını” iddia etmələrinə də mane olmur.
O deyib ki, ABŞ öz “qaydaları” ilə öz hegemonluğunu qoruyub-saxlamağa və şəxsi maraqlarını təmin etməyə bəraət qazandırır və onları pərdələməyə çalışır.