Çinin xarici işlər naziri Vanq Yi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən sonra yaranan gərginliyə diqqət çəkərək, digər ölkələrin siyasətçilərinə də eyni hərəkəti təkrarlamamaq barədə xəbərdarlıq edib.
Az.rasthaber.com xəbər verir ki, Vanq bu barədə Şandun əyalətinin Qinqdao şəhərində Monqolustan, Cənubi Koreya və Nepal xarici işlər nazirləri ilə görüşdən sonra bildirib.
O, Pelosinin səfərinin "siyasi təxribat" olduğunu və rəsmi Pekinin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün cavab verdiyini bildirib.
Adlarını çəkmədən bəzi ölkələrdəki siyasətçilərin Tayvan məsələsində Vaşinqtonu izlədiklərini və hadisəni "siyasi performans" üçün bir fürsət olaraq gördüklərinə diqqət çəkən Wang, "Belə rəftarların Çinlə əlaqələrin siyasi təməlini sarsıdacaq", - deyə bildirib.