Çin: ABŞ-ın bu hərəkətləri cavabsız qalmayacaq

Çin: ABŞ-ın bu hərəkətləri cavabsız qalmayacaq

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Tayvana yeni hərbi silahlarını satmasını Vaşinqton hökumətinin tək Çin prinsipini pozması kimi qiymətləndirib.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Tayvanı silahlandırmaqla daha böyük gərginliklər yaradan hərəkətini tənqid edib.
Mao Ning xəbər verir ki, Çin, Amerikanın Tayvana 1,1 milyard dollarlıq hərbi silah satışına qəti cavab verəcəyini vəd edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Pekin öz suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün əks tədbirlər görəcək. ABŞ-ın etdikləri Çinin suverenliyi və təhlükəsizlik maraqlarına, eləcə də Çin-ABŞ münasibətlərinə və Tayvan boğazı boyunca sabitliyə ciddi zərbə vurdu.

Xəbəri paylaş

VİDEOLAR