Çin ABŞ-a xəbərdarlıq etmək məqsədi ilə 2 ballistik raket buraxıb.
Rasthaber xəbər verir ki, Çin ABŞ-a xəbərdarlıq etmək məqsədi ilə 26 avqustda Cənubi-Çin dənizi istiqamətində 2 ballistik raket buraxıb.
“Bu, Çinin ABŞ hərbi təyyarə və gəmilərinin Cənubi-Çin dənizinə günü-gündən artan gəlişinin daşıdığı potensial risklərə cavabdır”, – deyə bildirilib.
Qeyd edilir ki, bir raket – “Dunfen-26” Tsinxay əyalətindən, digəri isə – “Dunfen-21” Tsjetszyan əyalətindən atılıb. Hər iki raket hərbi təlimlərə görə qapadılan zonaya düşüb.
Xatırladaq ki, daha öncə Çin Müdafiə Nazirliyi bəyan etmişdi ki, ABŞ-ın U-2 kəşfiyyat təyyarəsi uçuş üçün qadağan olunmuş zonaya soxulub. Çin rəhbərliyi bunu təxribat adlandıraraq etirazını bildirib.