ABŞ İrana qarşı tətbiq edilən bütün sanksiyaları ləğv etməlidir.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə Çin XİN rəsmisi Çjao Litszyan bəyan edib.
O deyib ki, Pekin İranın nüvə sazişinin bərpası ilə bağlı danışıqları müsbət qarşılayır.
“Biz ümid edirik ki, bütün tərəflər diqqəti həll edilməmiş məsələlərin üzərində cəmləyəcəklər və nəticələrin əldə edilməsi üçün danışıqları irəlilətməyə davam edəcəklər”, - deyə çinli rəsmi bildirib.
“Mən xatırlatmaq istəyərdim ki, İranın nüvə sazişi ilə bağlı böhranın təqsirkarı olan ABŞ özünün İrana qarşı olan yanlış “maksimal təzyiq” siyasətini yenidən gözdən keçirməli və İrana qarşı bütün qeyri-qanuni sanksiyaları, həmçinin bununla bağlı 3-cü ölkələrə də təzyiqi ləğv etməlidir”, - deyə o əlavə edib.
Litszyanın sözlərinə görə, ABŞ nüvə sazişinin icrasına dərhal geri dönməlidir.