Çin: ABŞ Əfqanıstanı xarabalığa çevirdi

Çin: ABŞ Əfqanıstanı xarabalığa çevirdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Amerikanın Əfqanıstanda 20 illik müharibəsi bu ölkəni xarabalığa çevirdi.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Vanq Venbin bildirib ki, Amerika Əfqanıstanda uğursuzluğa düçar olsa da, hələ də demokratiya və insan haqları adı altında başqa ölkələrin daxili işlərinə müdaxilə edir.
Mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə deyib:

Əfqanıstan ABŞ-ın müharibə istəyinin canlı nümunəsidir. Amerikanın iyirmi illik müdaxiləsi Əfqanıstanı xarabalığa çevirdi".
O, daha sonra sözlərinə əlavə edərək deyib ki, "Bu müharibə Əfqanıstanda bir nəsli məhv etdi, 30-dan çox mülki şəxs daxil olmaqla 174 min insanı öldürdü və on milyonlarla insanı ölkəsindən didərgin saldı".
Əfqanıstanın ABŞ-ın demokratik transformasiya proqramının uğursuzluğunun canlı nümunəsi olduğunu deyib. O əlavə edib ki, 2 milyard dollar xərcə və 2400 amerikalı əsgərin ölümünə baxmayaraq, ABŞ-ın Əfqanıstandakı əməliyyatıları bu ölkənin tarixində ən böyük uğursuzluqlarından biridir.

Xəbəri paylaş

VİDEOLAR