Çin ABŞ demokratiyasının vəziyyəti ilə bağlı hesabat hazırladı

Çin ABŞ demokratiyasının vəziyyəti ilə bağlı hesabat hazırladı

Çin Xarici İşlər Nazirliyinin "ABŞ-da demokratiyanın vəziyyəti" başlıqlı hesabatında ABŞ-da demokratiyanın qüsurlu olduğu, demokratiya adından sui-istifadə edildiyi və Amerikanın öz modelini "satmaq" cəhdlərinin dünyaya zərər verdiyi yazılıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən hesabatda bildirilir:

Bir zaman ABŞ-da demokratiya inkişaf edib, amma illər keçdikcə korlanıb, başlanğıcdakı özündən uzaqlaşıb.

ABŞ demokratiyasının təməlini meydana gətirən təmsil təşkilatları pulun və iqtisadi gücün yeganə təyinedici olduğu bir sistem yaradıb.

Müəyyən maraqları təmsil edən siyasi partiyalar kiçik bir azlığı əks etdirərək çoxluğa hökm edir.

Müxalifət və səsverməyə söykənən çoxpartiyalı sistemin qəraralma müddətləri axsayır.

ABŞ-ın öz qüsurlu demokratiya modelini başqa ölkələrə sırıması fəlakətlərə gətirib çıxarır.

Demokratiya bütün bəşəriyyətin ortaq dəyəridir, bir ölkənin imtiyazı deyil, bütün dövlətlərin haqqıdır.

Çox fərqli formaları olan demokratiyanın hər kəsə uyğun tək modeli yoxdur.

Dünyadakı fərqli siyasi sistemləri tək ölçüyə görə qiymətləndirmək, fərqli siyasi sivilizasiyalara tək perspektivdən baxmaq demokratiya deyil".

Xəbəri paylaş

VİDEOLAR